Azərbaycanda adambaşına düşən bank əmanətlərinin həcmi son bir ildə 21% azalaraq 2017-ci il aprelin 1-nə 410 ABŞ dolları təşkil edib.
Reportun analitik qrupunun hazırladığı hesabata görə, Azərbaycan bu göstəriciyə görə region ölkələri arasında 6-ci yerdədir.
Qeyd edək ki, adambaşına düşən əmanətin həcminə görə bölgədə lider ölkə Türkiyədir (5 514 dollar). Son bir ildə bu ölkədə adambaşına əmanətin həcmi 7% azalıb. Buna əsas səbəb kimi Türkiyədə dolların məzənnəsinin illik müqayisədə 28%-ə yaxın düşməsi amilini göstərmək olar.
Xatırladaq ki, hər hansı bir ölkədə yerli valyutanın möhkəmlənməsi çox vaxt dollar ekvivalentində əmanətlərin həcminin artmasına gətirib çıxarır.
Adambaşına əmanət həcminin son bir ildə ən çox artdığı ölkə isə Qazaxıstan olub. Bu ölkədə dollar illik müqayisədə 9,7% ucuzlaşıb və adambaşına düşən əmanətin həcmi 23% artaraq 1 356 dollara yüksəlib.
Ən sabit göstərici İranda qeydə alınıb. Bu ölkədə son bir ildə dollar 7,3% bahalaşıb, əmanətin adambaşına həcmi isə 7% artıb. Yəni, real olaraq dəyişiklik olmayıb.
Qeyd edək ki, Azərbaycanda isə dolların 13,2% bahalaşması ilə yanaşı adambaşına düşən əmanətin həcmi 21% azalaraq 410 dollara geriləyib.
Aşağıdakı cədvəldə region ölkələri üzrə əmanətlərlə bağlı göstəricilər əks olunub:
№ | Ölkə | Əmanət (mlrd. dollar) |
Əhali (mln. nəfər) |
Adambaşı əmanət (dollar) |
Fərq (%) |
USD məzənnə |
Fərq (%) |
||||
01.04.16 | 01.04.17 | 01.01.16 | 01.01.17 | 01.04.16 | 01.04.17 | 01.04.16 | 01.04.17 | ||||
1 | Türkiyə | 467 | 440 | 78,7 | 79,8 | 5934 | 5514 | -7 | 2,82 | 3,6 | 27,7 |
2 | İran | 314 | 340 | 79,6 | 80,6 | 3946 | 4218 | 7 | 30,2 | 32,4 | 7,3 |
3 | Rusiya | 240 | 332 | 146,2 | 146,5 | 1642 | 2266 | 38 | 68 | 56 | -17,6 |
4 | Qazaxıstan | 20 | 24 | 17,75 | 18 | 1099 | 1356 | 23 | 345 | 311,4 | -9,7 |
5 | Gürcüstan | 1,87 | 2,1 | 3,7 | 3,7 | 505 | 568 | 12 | 2,29 | 2,4 | 4,8 |
6 | Azərbaycan | 5,1 | 4,0 | 9,7 | 9,8 | 521 | 410 | -21 | 1,52 | 1,72 | 13,2 |
7 | Ukrayna | 16 | 16 | 42,6 | 42,4 | 378 | 384 | 2 | 26 | 26,2 | 0,8 |