7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda iş adamları üçün xüsusi xəbər saytı açıldı

Hazırki zamanda iş adamlarının işdən kənar və ya işə birbaşa təsiri olmayan proseslər haqqında məlumat toplamaq vaxt baxımdan kifayət qədər məhduddur. Lakin , bu məlumatların çox böyük sosial və iqtisadi əhəmiyyəti vardır və bəzən olurki bu və ya digər məsələ barəsində vaxtında verilən qərar müəyyən itkilərdən qoruya bilər.

Bütün iş ədəbiyyatlarında iş adamlarına daima informasiya toplamaq , günü qəzet oxumaqla başlamaq , müxtəlif veb səhifələrdə məlumatlar oxumaq tövsiyyə edilirki bu sizin cəmiyyətdə məlumatlı şəxs kimi formalaşmağınıza yardım etmiş olsun. Lakin  internet dövründə informasiyanın həcmi o qədər artmışdırki artıq “nə oxuyum” sualı  “necə oxuyum” sualı ilə əvəzlənmişdir. Google-nin hesablamalarına görə hazırda ineternetdə o qədər informasiya yaranırki , bu informasiyanın ümumi həcmi insan yarandığı gündən 2003 ilə qədər olan dövr ərzində istehsal olunmuş informasiyanın həcminə bərabərdir.

TopMedia.az veb səhifəsi Azərbaycandan olan 154 saytın məlumatlarını 10 saniyə interval ilə təhlil edib, hazırda ən çox oxunan xərbərləri reytinq şəklində dərc edir.

Capture

Bu səhifə olduqdan sonra, artıq gündəlik 10-larla səhifəni izləməyə ehtiyac yoxdur.

Gəcələkdə müəlliflərin kateqoriyalar üzrə işlərini genişləndirmələrini arzulayardıq. Hazırda Biznes və iqtisadiyyat bölməsinin olmasına baxmayaraq, saytların sayı azdır.

Son xəbərlər
Digər xəbərlər