13 may 2023-cü il saat 11.00-da “Mingəçevir Ağac Emalı”ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı cəmiyyətin yerləşdiyi ünvanda keçiriləcəkdir.
Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə 2022-ci ilin illik hesabatı və maliyyə hesabatlarının təsdiq edilməsi, cəmiyyətin ləğv edilməsi, ləğvetmə komissiyasının yaradılması, digər məsələlər daxildir.
Qeyd edək ki, Səhmdarların gündəlikdəki məsələ-lərə aid hər hansı bir sualı olarsa, iş günləri saat 10.00-dan 13.00-dək cəmiyyətin icra orqanına müraciət edə bilərlər.