Azərbaycanda aksiz vergisi üzrə proqnoz 11 % artırılır

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 1 milyard 531 milyon manatının və yaxud 4,5 %-nin aksiz vergisinin payına düşəcəyi proqnozlaşdırılır.

Banker.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,5 % çoxdur.

Aksiz vergisi üzrə daxilolmaların 1 milyard 358 milyon manatını və yaxud 88,7%-ni İqtiisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 173 milyon manatını və yaxud 11,3 %-ni Dövlət Gömrük Komitəsi təmin edəcək. Bunlar isə 2023-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən müvafiq olaraq 12 % və 0,6% çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər