17 C
Baku
Saturday, May 4, 2024

Azərbaycanda aksiz vergisindən azadolmanın əhatə dairəsi genişləndirilir

Gələn ildən Azərbaycanda şəxsi istifadə üçün nəzərdə tutulan və aksiz vergisindən azad edilən malların siyahısı genişləndiriləcək.

Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, siyahıya 2 litr energetik içki, 20 ədəd siqarilla, 10 ədəd siqar, 3 ədəd birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri, 100 ədəd alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsul, 100 qram çəkməli tütün, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri və 50 millilitr elektron siqaretlər üçün maye daxil edilir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər