5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 15%-dən çox artıb

2023-cü il 1 yanvar tarixinə ölkə ərazisində aktiv vergi ödəyicilərinin sayı ilin əvvəlki illə müqayisədə 7% artıb.

Banker.az xəbər verir ki, bununla bağlı Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata əsasən, cari ilin 1 yanvar tarixinə ölkə üzrə aktiv vergi ödəyicilərinin sayı 711.9 min təşkil edib.

Dövlət Xidmətindən bildirilib ki, aktiv ƏDV ödəyicilərinin sayı isə 15.1% artıb və 39.9 min təşkil edib.

Həmçinin, o da əlavə olunub ki, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı əvvəlki illə müqayisədə 12.3% artaraq 165 minə çatıb.

Son xəbərlər
Digər xəbərlər