Azərbaycanda aktiv vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin sayı artmaqda davam edir.
Banker.az Dövlət Vergi Xidmətinin açıqladığı məlumata istinadən xəbər verir ki,, 2026-cı il iyulun 1-nə aktiv vergi ödəyicilərinin sayı 887.129-a çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 66.229 və ya 8.1% çoxdur. İlin əvvəlindən isə aktiv vergi ödəyicilərinin sayı 3.2% artıb.
Aktiv ƏDV ödəyicilərinin sayı illik müqayisədə 55.600-dən 61.368-ə yüksələrək 10.4% artıb. Bu kateqoriya üzrə artım ilin əvvəlindən 5.1% təşkil edib.
Eyni zamanda, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı da artaraq 242.208-ə çatıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16.108 vahid və ya 7.1% çoxdur. İlin əvvəlindən isə aktiv obyektlərin sayı 4.0% artıb.






