Azərbaycanda bərpa olunan enerji istehsalının payı artaraq 10%-i keçib.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin ilk 11 ayı ərzində ölkə ərazisində 24 milyard 932.3 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bunun da 22 milyard 387.5 milyon kVt/saatı İES-lərdə istehsal edilib.
Bununla belə külək, günəş və su elektrik stansiyalarından ümumilikdə 2 milyard 544.8 milyon kVt/saat elektrik enerjisi alınıb.
Su elektrik stansiyalarından illik müqayisədə enerji istehsalının həcmi 5.6 faiz artaraq 1 milyard 587.8 milyon kVt/saat, küləkdən 6.7 faiz artaraq 62.3 kVt/saat və küləkdən 18.3 faiz artaraq 53 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Beləliklə, alternativ mənbələrdən alınan elektrik enerjisinin ümumi istehsalda payı son bir ildə 9.78 faizdən 10.21 faizə yüksəlib.
Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kiçik SES-lərin tikintisi planlaşdırılır. “AzərEnerji”nin rəsmisi ötən mətbuata açıqlamasında ümumilikdə 30 yeni kiçik su elektrik stansiyasının istismara verilməsi planlaşdırdığını bildirir.
Bununla belə, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti Azərbaycan hökuməti ilə günəş və külək elektrik stansiyalarının tikintisini razılaşıb. 2022-ci ildə imzalanmış müqaviləyə əsasən, birinci mərhələdə 4 qVt, ikinci mərhələdə isə 6 qVt gücündə enerji istehsalı təmin olunacaq. 4 qVt gücünün 2 qVt-ı inteqrasiya edilmiş külək enerjisi, 1 qVt-ı günəş enerjisi, 1 qVt-ı isə külək enerjisinin payına düşür.
Cari ilin əvvəli Səudiyyə Ərəbistanın “ACWA Power” şirkəti arasında “Dənizdə 1.5 qVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra Müqaviləsi”, “Quruda 1 qVt külək stansiyasının yaradılmasına dair İcra Müqaviləsi” və “Azərbaycan Respublikasında enerji saxlanc sistemlərinin inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu” imzalanıb.
(1 qVt= 1 milyon kVt/saat).