2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda anbarlarda şəkər tozu ehtiyatı azaldı, fabrikləri işə düşdü

2021-ci ilin ilk ayı şəkər və qənd istehsalı üzrə rəqəmləri bir “bərbad” görünsə də, fevral ayı üzrə rəqəmlər bu sənayeyə nikbin baxmağa əsas verdi.

Banker.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, fevral ayı ərzində 24.1 min ton həcmində şəkər tozu və qənd istehsal edilib. 2020-ci ilin fevralı ilə müqayisədə bu ildə 7.6 faiz artım deməkdir.

Bu da ilin ilk iki ayı ərzində 24.4 min ton həcmində bu növ məhsulun istehsalı deməkdir, lakin 2021-ci ilin ilk iki ayı 2020-ci ilin eyni dövri ilə müqayisədə 0.4% azdır.

1 mart 2021-ci il tarixə bu məhsulun anbarlardakı həcmi 4.8 min ton olub ki, bu da son bir ildə qeydə alınmış minimal göstəricidir.

Qeyd edək ki, yanvar ayında şəkər tozu və qəndin azalmasını Banker.az-ın sorğusuna DSK şərh verərək fabriklərin istehsalını dayandırılması ilə əlaqələndirmişdi.

Untitled

Son xəbərlər
Digər xəbərlər