6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda “Apple Pay” bu gündən işə düşür – Bu banklar qoşulur

“Apple Pay” ödəniş sistemi bu gündən Azərbaycanda fəaliyyətə başlayır. Ödəniş sistemi Bakı vaxtı ilə saat 10:00-da işə düşəcək.

Banker.az-a bazardakı mənbələrdən daxil olan informasiyaya əsasən, ölkənin 4 kommersiya bankının emissiya etdikləri debet və kredit kartlarında bu ödəniş sistemi istifadə mümkün olacaq. Bunlar, ABB (əvvəlki Azərbaycan Beynəlxalq Bankı), “Kapital Bank”, “Bank Respublika” “Unibank”dır.

Qeyd edək ki, ötən həftənin son iş günü Azərbaycan Mərkəzi Bankının rəsmisi press-konfransda bir sıra bankların debit və kredit kartlarından istifadə etməklə “Apple Pay” vasitəsi ilə, təmassız (wirless) POS-terminallar üzərindən, e-ticarət səhifələrinə və tətbiqlərindən ödəniş etmələrinin mümkün olacağını demişdi.

Xəbərə əlavə: Artıq qeyd edilən bankların kartların əlavə etmək mümkündür. 

“Apple Pay” haqqında

Bu ödəniş sistemi “Apple” şirkəti tərəfindən təqdim olunan mobil ödəniş və rəqəmsal cüzdan xidmətidir. Xidmət istifadəçilərə birbaşa iOS tətbiqlərində və “Safari” istifadə edərək vebdə ödəniş etməyə imkan yaradır. iPhone, Apple Watch, iPad Mac-da dəstəklənir. “Apple” tərəfindən istehsal olunmayan və satılmayan heç bir müştəri cihazında mövcud deyil (xüsusilə, Windows-da işləyən brauzerlər də daxil, heç bir Android cihazında istifadə edilə bilməz). O, təmassız POS-terminalında kredit və ya debet kartı çipini və PİN əməliyyatını rəqəmsallaşdırma və əvəz edə bilmə xüsusiyyətinə malikdir. Bunun üçün “Apple Pay”a məxsus təmassız ödəniş terminalları tələb olunmur və o, təmassız ödənişləri qəbul edən istənilən tacirlə işləyə bilər. Cihazlar ödəniş məlumatlarını təhlükəsiz saxlamaq və kriptoqrafik funksiyaları yerinə yetirmək üçün daxil edilmiş təhlükəsiz elementi (eSE) və biometrik autentifikasiya üçün “Apple”ın Touch IDFace ID-si ilə yaxın sahə rabitəsindən (NFC) istifadə edərək POS-terminal sistemləri ilə simsiz əlaqə yaradır.

Son xəbərlər
Digər xəbərlər