22 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanda “ApplePay” ilə ödәnişlәrin hәcmi 400 milyon manata yaxın olub

2022-ci ilin 9 ayı ərzində “ApplePay” ödәniş hәlli vasitәsilә aparılan ödәnişlәrin sayı 13 milyon olub, hәcmi isә 390 milyon manat təşkil edib. Bu ilin sentyabr ayındakı “ApplePay” ödәnişlərinin sayı və həcmi yanvar ayının analoji göstəricilərini müvafiq olaraq 3 və 2,8 dəfə üstələyib.

Bunu Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova “vergiler.az”a müsahibəsində deyib.

Onun sözlərinə görə, ödəniş kartları ilə aparılan ölkədaxili nağdsız əməliyyatların həcmi bu ilin 9 ayında ötən ilin müvafiq dövrünə nəzərən 2,2 dəfə, o cümlədən elektron ticarət əməliyyatlarının həcmi 2,7 dəfə artıb. Ödəniş kartları ilə aparılan əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 12 faiz bəndi artaraq 42% olub. Bu göstərici 2020-ci ildə 23%, 2021-ci ildə isə 32% idi. Təmassız əməliyyatların say və həcm göstəricilərində də yüksək artım tempi müşahidə olunur. Ölkədaxili təmassız ödənişlərin sayı və həcmi 2021-ci ilin analoji dövr göstəricilərini 2,1 dəfə üstələyib.

Nağdsız ödənişlərin inkişafına mane olan problemləri aradan qaldırmaq, yaşayış yerindən asılı olmayaraq ölkəmizin istənilən ərazisində əhali və biznes subyektlərinin ucuz və əlverişli maliyyə xidmətlərindən istifadə imkanını artırmaq və rəqəmsal ödəniş xidmətlərinin əhatəsini genişləndirmək məqsədilə “Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-2023-cü illər üçün Rəqəmsal Ödəniş Strategiyası” hazırlanıb. Direktor qeyd edib ki, hədəf ödəniş kartları ilə aparılan nağdsız dövriyyənin nisbətini ən qısa müddətdə 55%-ə çatdırmaqdır.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər