2023-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 624.6 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2022-ci ilin yanvar-iyun aylarına nisbətən 7.3% azalıb.
Bu ilin 6 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.