21 C
Baku
Friday, April 26, 2024

Azərbaycanda apteklər satışdan 723 milyon manat gəlir əldə ediblər

2022-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 722.7 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. Azərbaycan əhalisi əczaçılıq məhsulları və tibbi ləvazimatlara hər gün orta hesabla 2,7 milyon manat xərcləyib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən 23.1% artıb.

Xatırladaq ki, 2021-ci ilin yanvar-sentyabr aylarında apteklər 682 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satmışdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər