“Azərbaycan Sənaye Sığorta”nın yığımlarında 2.5 milyon manatlıq geriləmə

2026-cı ilin yanvar-iyul aylarında “Azərbaycan Sənaye Sığortası” ASC tərəfindən 16 milyon 390 min manat həcmində sığorta haqqı toplanıb.

Banker.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 523 min manat və ya 13.3% azdır.

Şirkət 2025-ci ilin ilk 7 ayında 18 milyon 913 min manat sığorta haqqı əldə etmişdi.

Xatırladaq ki, ASC 2008-ci ildə yaradılıb, 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 95%-i “Anadolu İnvestment Company” MMC-yə, 5%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər