Azərbaycanda alkoqollu içkilərin istehsal həcmi açıqlanıb.
Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Araq istehsalının həcmi 2021-ci ilin ilk rübü ərzində 411.6 min deka litr (1 dkl=10 litr) təşkil edib. Bu isə öncəki ilin müvafiq dövrü ilə müqayisədə 47.6% az olması deməkdir. Hazırda arağın ehtiyat həcmi son bir ayda 222.1 min dkl-dan 234.1 min dkl-a yüksəlib. Bu məhsulun istehsal həcminin azalmasının səbəbi isə satışların azalmasıdır. Qeyd edək ki, hazırda istehlak həcmi kəskin düşüb. İstehlakın həcminin azalmasına səbəb ölkədə pandemiyaya görə toylar, ad günləri və digər böyük yığıncaqlara tətbiq edilən məhdudiyyətlərdir.
Pivə istehsalının həcmi isə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 28.4% artımla 988.7 min dkl-a yüksəlib. Hazırda anbarlarda pivə ehtiyatının həcmi 278.6 min dkl təşkil edir. Bu öncəki ayda 314.1 min dkl təşkil edirdi. Yəni son ayda anbarlardan da hazır məhsullar satışa yönəldilib.
Brendi istehsalı 4.2 min dkl ilə (44.7% azalma) anbarda hazır məhsul ehtiyyatln həcmi 16.9 min dkl təşkil edir.
Üzüm şərabının istehsal həcmində müsbət dinamika müşahidə edilir. Ölkədə ilin ilk rübü ərzində 83.3 min dkl üzüm şərabı istehsal edilib ki, öncəki ili 27.2% üstələyir.
Alkoqolsuz içkilərin həcmi isə 5 154 min dkl təşkil edir, bu da öncəki ili 15.9% üstələməsi deməkdir.