24 C
Baku
Friday, April 26, 2024

Azərbaycanda araq və pivənin istehsalı kəskin düşür – İndi “maraq” viskiyədir

2022-ci ilin birinci rübündə Azərbaycanda içki istehsalında müxtəlif istiqamətlərdə dinamika müşahidə edilir.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, araq istehsalı 262.5 min dkl təşkil edib. Bu da son bir ildə 35.9% azalma deməkdir.

Ölkədə istehlak səbətində daha çox istifadə edilən səməni pivəsinin istehsalı isə illik müqayisədə 28.5% azalaraq 706.6 min dkl təşkil edib.

Şərab istehsalı həcmi isə 157.6 min dkl təşkil edib, bu da illik müqayisədə 89.2 azalmadır. Burada xüsusi qeyd edilməlidir ki, şərab istehsalı öncəki ildə kəskin azalmışdı, bu səbəbdən də cari ildə yüksək görünür.

Azərbaycanda son illərdə viski istehsalı həcmi artmaqdadır. Belə ki, ilin birinci rübündə ölkədə viski istehsalı 25% artaraq 6 min dkl təşkil edib.

Alkoqolsuz içkilərin istehsal həcmi isə 5 428.5 min dkl təşkil etmiş, bu da illik müqayisədə 5.3 artmışdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər