-1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda armatur istehsalı 26%-dən çox azalıb

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2023-сü ilin yanvar-oktyabr aylarında 913,1 milyon manatlıq məhsul istehsal olunub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hazır metal məmulatlarının istehsalı sahəsində 23 faiz artım, metallurgiya sənayesi məhsullarının istehsalında isə 25,4 faiz azalma müşahidə olunub.

2023-сü ilin yanvar-oktyabr aylarında hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı 37.6 faiz artmış, metallurgiya sənayesi üzrə polad tökmə istehsalı 17.9 faiz, armatur istehsalı isə 26.4 faiz azalıb.

Son xəbərlər
Digər xəbərlər