10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda aşağı faizlə pul krediti verən banklar – SİYAHI

Banker.az olaraq banklarda 2024-cü ilin yanvar ayı üzrə nağd pul kreditinin şərtlərini araşdırıb.

Araşdırmaya əsasən, manatla istehlak krediti verən bankların faiz dərəcələri 10%-26% aralığında müəyyən edilib.

Hansı bankın daha sərfəli şərtlərlə nağd pul krediti təklif etdiyini isə cədvəldən tanış ola bilərsiniz.

cc 1

*Bank Respublika –  krediti onlayn sifariş edən müştərilər, komissiyada 50% endirim əldə edəcək və kredit birbaşa qeyd edilən ünvana çatdırılacaq. Kampaniya 12 fevral 2024-cü il tarixinədək davam edəcək.

*Bank VTB – Krediti SİMA İmza-dan istifadə etməklə rəsmiləşdirdikdə 1 faiz bəndinə qədər endirim tətbiq olunur. Müştərilər yenidən maliyyələşdirmə proqramı çərçivəsində digər bankların bir neçə kreditini birləşdirə və ya aşağı faizlə əlavə vəsait əldə edə bilərlər. Kampaniya 31 may tarixinədək etibarlıdır.

*Expressbank – Bu şərtlər istehlak krediti üzrə ümumi şərtlərdir, peşə sahibləri üçün təqdim edilən xüsusi kampaniyalara şamil edilmir. Hazırda aktiv olan kredit kampaniyaları çərçivəsində kredit əldə edən müştərilərə balansında 10 000 manatadək vəsait olan Expresso Standart və ya Platinum kredit kartı hədiyyə olunacaq.

*Xalq Bank -Kampaniya şərtlərinə əsasən müştərilər istehlak kreditini müddətdən asılı olmayaraq illik 12%-lə əldə edə bilərlər. Kredit zaminliklə 48 ay müddətinə 35 000 manatadək, təminatsız isə 36 ay müddətinə 20 000 manatadək təklif edilir. Kampaniya 30 iyun 2024-cü il tarixədək qüvvədədir.

*Kapital Bank – Nağd pul kreditini onlayn şəkildə rəsmiləşdirən müştərilər krediti:
– illik 10.9%-dən, filialdan rəsmiləşdirmə edən müştərilər isə 11.9%-dən başlayan illik faiz dərəcəsi ilə əldə edə biləcək.Onlayn rəsmiləşdirilən kreditlərdə nağdlaşdırma komissiyası – 0%. Borcun gəlirə nisbəti 45%-dən çox olduğu təqdirdə – 1%.

*PAŞA Bank – Əmək haqqı kartı PAŞA Bankda olan müştərilər üçündür.

*Turanbank – Nağd krediti online sifariş edənlərə 0.5% endirim tətbiq edilə bilər (min.15%-dək). Kreditin komissiyasını 2% -ə qaldırmaqla (komissiya 2 faizdən çox ola bilməz), müvafiq komissiyadan kreditin standart komissiyasi arasında fərqdən çox olmayan faiz həcmində kreditin faiz dərəcəsində güzəşt tətbiq etmək olar. Bu zaman qaydalarda müəyyən edilmiş digər güzəştlər tətbiq oluna bilməz.

 

Son xəbərlər
Digər xəbərlər