23 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda aşpazlar ali təhsil ala biləcək

“Biz əlimizdən gələni edəcəyik ki, Azərbaycanda aşpazlarımız ali dərəcəli təhsil ala bilsinlər”.

Bunu Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova bildirib.

Sədr müavininin sözlərinə görə, yaxın müddətdə bu Türkiyədəki kimi böyük miqyasda olmayacaq.

“Lakin addım-addım buna doğru irəliləyəcək. İlk öncə pilot proqramlar həyata keçirəcəyik. Artıq İşçi qrupu və burada olan Elm və Təhsil Nazirliyinin nümayəndəsi ilə çalışmalara başlamışıq. Yaxın bir ildə olmasa da, yaxın perspektivdə əlimizdən gələni edəcəyik ki, aşpazlarımız ali təhsil ala bilsinlər”, – deyə Azadə Hüseynova bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər