Azərbaycanda 2023-cü ilin sentyabrında bəzi istehlak kreditlərinin faizləri düşüb.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Belə ki, manatda verilən yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlərinin faiz dərəcələri son bir ayda 21%-dən 19%-ə qədər azalıb.
Bununla belə, manatda avtomobil kreditləri 12%-dən 13%-ə qədər artıb.
Kredit kartı ilə verilən manat kreditlərinin orta faiz dərəcəsi 25%-də sabit qalsa da, ABŞ dollarında 7%-dən 5%-ə qədər ucuzlaşıb.
Məişət avadanlıqlarının alınması ilə bağlı olan manat kreditləri 24%-də, digər istehlak kreditləri isə 19%-də sabit qalıb.