7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda bəzi istehlak kreditlərinin orta faiz dərəcəsi qalxıb

Azərbaycanda istehlak kreditlərinin bəzilərinin faiz dərəcələri qalxıb.

Banker.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankından deyilir.

Belə ki, Azərbaycanda yaşayış sahəsinin təmiri ilə bağlı olan manatda olan kreditlərin orta faiz dərəcələri  1 iyul tarixdə 21% olduğu halda, 1 oktyabr tarixinə 22%-ə yüksəlib.

Milli valyutada verilən avto-kreditlərin faiz dərəcəsi isə 1 iyulda 18% olduğu halda, 1 oktyabrda 19%-ə yüksəlib.

Kredit kartı vasitəsilə verilən kreditlər və məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlərin orta faiz dərəcəsi dəyişməz qalıb.

Xarici valyutada yalnız məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlərin orta faiz dərəcəsi 11%-dən 12%-ə qədər yüksəlib.

Son xəbərlər
Digər xəbərlər