11 C
Baku
Sunday, April 13, 2025

Azərbaycanda bəzi ixtisasların tədris müddəti azaldılacaq

“Təxminən bir neçə ay bundan əvvəl Azərbaycanda ixtisasların yeni təsnifatını yaratmışıq”.

Bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli “İctimai TV”nin efirində qonaq olarkən deyib.

N.Məmmədli, həmçinin bəzi ixtisasların tədris müddətinin azaldılması məsələsinə də toxunub:

“Azərbaycanda magistratura ikiillikdir, amma ilyarımlıq magistratura proqramları da var. Xüsusən MBA üzrə belə ixtisaslar mövcuddur.

Elə ixtisaslar var ki, onlarda tədris müddətinin azaldılması kifayət qədər çətin məsələdir, çünki uzunmüddətli peşəkar hazırlıq tələb edir. Amma elə sahələr də var ki, qısa müddətdə bazara hazır mütəxəssis çıxarmaq olar. Bu istiqamətdə çox ciddi hazırlıqlarımız var. Sadəcə bu həm də qanunvericilikdə ciddi dəyişikliklər edilməsini tələb edən məsələlərdəndir. Bu səbəbdən proses bir az uzun çəkir, amma bunlar üzərində artıq işlər gedir və ciddi hesablamalar var”, – deyə o bildirib.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər