1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda bəzi kommersiya bankları dolları rəsmi məzənnədən 8% baha satır

Azərbaycanda bir sıra kommersiya bankları manat kartları üzrə xarici valyutaya konvertasiya əməliyyatlarına görə komissiya haqqını artırıb. Konvertasiya faizlərini “Rabitəbank” ASC 2%-dən 4%-ə, “Silkway Bank” və “Expressbank” ASC-lər 2%-dən 4%-ə, “Amrahbank” ASC 0,5%-dən 5%-ə çatdırıb. Qeyri-nağd ödəniş edən isə 0,5% konvertasiya haqqı ödəməlidir. 

Nəticədə, hazırda manat kartlarının sahiblərinin xarici valyuta çıxarmaq və ya xarici valyuta ilə ödəniş etmək istədikdə bankların valyuta satış məzənnəsindən əlavə 4-5% artıq xərcləri yaranır. Məsələn, bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının rəsmi məzənnəsi 1,6245 AZN/USD-yə bərabərdisə, banklar manat kartından dollar çıxarmaq istəyən və ya dollarla ödəniş həyata keçirmək istəyən şəxsə 1 dolları maksimum 1,6245+4%=1,6895 AZN/USD və 1,6895+4%=1,7571 AZN/USD-yə satır. Bu isə AMB-nin rəsmi məzənnəsindən 8,2% çoxdur. Bu xərc xarici ölkələrdə manat kartı ilə ödəniş edən şəxslərə də aid edilir.

Qeyd edək ki, yuxarıda adı çəkilən bankdan “Amrahbank” hazırda adambaşı 500 ABŞ dolları limitilə xarici valyuta satışını həyata keçirir. Bu isə o deməkdir ki, bu bankların bankomatından dollar nağdlaşdırıldıqda qiyməti “Amrahbank”da 1,7740 AZN/USD təşkil edir. Həmin bankların daxilində isə (mübadilə şöbəsində) dolların satış məzənnəsi 1,6895 AZN/USD təşkil edir.

Report

Son xəbərlər
Digər xəbərlər