14 sentyabr-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Dəmirbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
Banker.az xəbər verir ki, daşınmaz əmlaklar Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 69/1, ev 69/2, ev 69/3 və ev 69/4 ünvanlarında yerləşir.
Daşınmaz əmlakların ümumi ilkin satış qiyməti 7 milyon 395 min manata bərabərdir.
Daşınmaz əmlakın 3-ü 3 mərtəbəli, 1-i isə 2 mərtəbəli olmaqla hər biri 5 otaqlıdır.