7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda bahalaşma davam edir

2016-cı ilin yanvar-aprel aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,2 faiz artıb.

Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2016-cı ilin yanvar-mart aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,0 faiz artaraq 485,5 manat təşkil edib.

Bundan başqa 2016-cı ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 9,0 faiz artaraq 13789,5 milyon manata çatıb.

Gəlirlərin 79,4 faizi son istehlak xərclərinə, 9,6 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib 8,3 faizi isə yığıma yönəldilib.

ModernAz

Son xəbərlər
Digər xəbərlər