31 yanvar 2024-cü il tarixinə fəaliyyət göstərən 23 bankın filiallarının sayı 475, şöbələrinin sayı 104, ATM-lərin sayı 3 044 olub.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının aylıq hesabatına istinadən xəbər verir.
Hesabat ayında bank sektorunda çalışanların sayı 64 nəfər artaraq 23 633 nəfər təşkil etmişdir.
Ötən ilin eyni ayında bank işçilərinin sayı 22 870 nəfər olub ki, bu da illik müqayisədə 763 nəfər və ya 3.3% artım deməkdir.