8 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda bank, kart məhsulları şərtlərində maraqlı dəyişiklik edib

→ Bank yaşlılara da plastik kart satacaq

Azərbaycanda fəaliyyət göstərən “Expressbank” ASC iki plastik kart məhsulunda satış üzrə şərtlərində bir neçə maraqlı dəyişiklər edib. Bu barədə “Banker.az”ın monitorinq qrupu bildirir.

Bankın həm debet, həm kredit xətti xüsusiyyətlərini özündə birləşdirən “Expresso” kartında kredit xətti üzrə xalis əmək haqqına minimal tələb regional filialları üzrə 500 manat məbləğində müəyyən edib. Bildirək ki, bundan öncə isə paytaxt və regionlar üzrə rəqəm diferensial deyildi və  750 manat kimi müəyyən edilmişdi.

Son zamanlarda regionlarda nağdsız hesablaşmaların stimullaşdırması üzrə bir neçə bank kampaniyalara start verib. Ən yaxın keçmişdə belə bir differensiallıq “Amrahbank”da müşahidə edilmişdi həmçinin.

Digər maraqlı dəyişkiklik isə “Expressbank”ın iki plastik kart məhsulu olan Expresso və SmileCard-da kredit xətti üçün yaş həddini 63-dən 70-ə qaldırması olub.  Qeyd edək ki, minimum isə hazırda 20 yaş hesablanır.

 

Son xəbərlər
Digər xəbərlər