ASC “Xalq” Bankının “MilliKart” MMC-dəki 0.67% kiçik payını tam şəkildə ötürüb və prosessinq mərkəzindəki iştirak payını dayandırıb.
Banker.az xəbər verir ki, bankın ötən ilə qədər prosessinq mərkəzinin nizamnamə kapitalında 0.67% payı vardı.
Prosesinq mərkəzindən Banker.az-a bildirilir ki, digər səhmdarlar, o cümlədən “Xalq Bank” ASC, “Azərbaycan Sənaye Bankı” ASC və onun tərkibində olduğu holdinqi “Azərsun Holdinq” MMC-nin təklifi əsasında MilliKart MMC-nin nizamnamə kapitalındakı paylarını “Azərbaycan Sənaye Bankı” ASC-yə satmışdır.
Hazırda bankın digər şirkətlərdəki payı 12.5% olmaqla Azərbaycan Kredit Bürosunda, 4.76% olmaqla Bakı Fond Birjasındadır.
Bundan başqa 100% olmaqla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin və “Xalq Əmlak” MMC-də, 98.45%-i isə “Bakı Ayaqqabı-2” ASC-dir.
Xatırladaq ki, “Millikart”ı 2006-cı ildə Azərbaycan Mərkəzi Bankı yaradaraq sonradan banklara satıb. Hazırda MilliKart MMC-nin 4 səhmdarı mövcuddur: “Azərsun Holdinq” MMC, “Azərbaycan Sənaye Bankı” ASC, “TuranBank” ASC və “Bank of Baku” ASC.







