Azərbaycanda bank müştərilərinin sayı 2019-cu ilin sentyabr ayının sonuna 7 723 356 nəfər təşkil edib. Ötən ilin eyni dövründə isə bank müştərilərinin sayı 6230166 nəfər olub. Belə ki, bu il müştərilərin sayı 1 493 190 nəfər və yaxud 24% artıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.
Bank müştərilərindən 7 606 764 nəfəri fiziki şəxslər, 116 592 nəfəri isə hüquqi şəxslərdir.
2019-cu ilin sentyabr ayının sonuna müştəri hesablarının sayı 18 564 634 ədəd olub ki, bu da ötən ilin analoji dövrüylə müqayisədə 6% artım deməkdir. Cari ildə müştərilərin kredit hesabları da 6% artaraq 2 714 572, depozit hesabları isə 5% artaraq 367 071 olub.