2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda bank müştərisi olan hüquqi şəxslərin sayı bu il 23% azalıb

Azərbaycanda bank müştərilərinin sayı bu ilin əvvəlindən 235 355 nəfər və ya 4,12% azalaraq martın 1-nə 5 481 030 nəfər təşkil edib. Agentliyin Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, illik müqayisədə isə bank müştərilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 386 613 nəfər və ya 7,6% artıb.

Bank müştərilərinin 5 396 922 nəfəri və ya 98%-i fiziki şəxslər, 84 108-i və ya 1,54%-i hüquqi şəxslərdir. İlin əvvəli ilə müqayisədə fiziki şəxslər üzrə 210 106 nəfər və ya 3,75%, hüquqi şəxslər üzrə isə 25 249 nəfər və ya 23,1% azalma qeydə alınıb.

Hesabata əsasən, müştəri hesablarının sayı illik 10,5% artaraq cari il martın 1-nə 15 687 705 ədədə çatıb. İlin əvvəlinə nisbətən isə 3,34% azalma baş verib.

Müştəri hesablarının 419 058-i və ya 2,67%-i depozit hesabları, 2 906 969-u və ya 18,5%-i kredit hesabları, 12 361 678-i və ya 78,8%-i cari hesablardır.

Müştərilərin cari hesabları ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1% artıb, kredit hesabları 4,6% azalıb, depozit hesabları 3,16% artıb.

Report

Son xəbərlər
Digər xəbərlər