Azərbaycanda əhalinin bank əmanətləri üzrə dollarlaşma dərəcəsi 2017-ci il dekabrın 1-nə 68,99% təşkil edib. Noyabrın əvvəlində bu göstərici 69,92%, ötən il yanvarın 1-nə isə 79,63% olub.
Mərkəzi Banka istinadən, cəmi depozit bazasında dollarlaşma dərəcəsi dekabrın 1-nə 72,08%, noyabrın 1-nə 74,44%, yanvarın 1-nə 75,29%, 2016-cı ilin analoji dövründə isə 75,58% təşkil edib.
Kreditlərin strukturunda isə dollarlaşma səviyyəsi 2017-ci il dekabrın 1-nə 40,63%, noyabrın 1-nə 41,14%, yanvarın 1-nə 47,32%, 2016-cı il dekabrın 1-nə 47,15% olub.
Report-un analitik qrupu dollarlaşma dərəcəsinin 2018-ci ildə də azalmağa davam edəcəyini proqnozlaşdırır.