6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda bank sektoru illik 7 faiz böyüyüb

Azərbaycanda bank sektorunun cəmi aktivləri ilin ilk rübündə 29 milyard 846.9 milyon manat təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə 1%-dən çox, illik isə 7% və ya 1 milyard 939,5 milyard manat böyüyüb.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının 31 mart 2019-cu il tarixinə olan bank icmalında deyilir.

İlk rübün sonu kredit portfelinin həcmi 12 milyard 714.4 milyon manat təşkil edib. Kredit Portfeli il ərzində 13% böyüyüb.

Bankların cəmi öhdəlikləri isə 25 milyard 533.2 milyon manat olmaqla, burada, 18 milyard 572 milyon manatı müştərilərdən cəlb olunan əmanətlərdir (depozit portfeli). Depozit portfeli isə illik 11% böyüyüb.

Hazırda bankların cəmi kapitalı isə 4  milyard 313.7 milyon manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər