Azərbaycanda “MFX-Trading İnvestisiya Şirkəti” ASC adlı şirkət yaradılıb.
Banker.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınıb.
İnvestisiya şirkəti “Muğan Bank” ASC-nin şöbəsinin yerləşdiyi Bakı şəhəri, Süleyman Rəhimov küçəsi, 179 a ünvanında qeydiyyata alınıb.
İnvestisiya şirkətinin qanuni təmsilçisi Zahir Dünyamalı oğlu Abdullayevdir və nizamnamə kapitalı isə 500 min manatdır.