Aərbaycanda banklar və ödəniş bazarı iştirakçıları (elektron pul və ödəniş təşkilatları – fintexlər) arasında əməkdaşlığın dayandırılması, iki sektor arasında sağlam və ədalətli rəqabət mühitinin formalaşdırılması müzakirə olunub.
Banker.az xəbər verir ki, bu məsələ “Azərbaycan Banklar Assosiasiyası” (ABA) və “Azərbaycan Fintex Assosiasiyası” (AzFina) İctimai Birlikləri arasında yaradılmış Birgə Komitənin növbəti iclasında müzkairə olunub.
Görüş zamanı iştirakçıların təklif və mövqeləri dinlənilib, qeyd olunan istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Tərəflər bank və fintex ekosistemləri arasında əməkdaşlığın inkişaf etdirilməsi və mövcud məsələlərin birgə müzakirəsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.







