-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda banka məxsus fərdi yaşayış evləri satışa çıxarılır – Qiymətlər

Banker.az xəbər verir ki, “Dəmirbank” ASC-yə məxsus yaşayış evləri hərraca çıxarılır.

Hərrac addımı – ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır.

Qeyd edək ki, hərracda iştirak etmək üçün ərizələrini geri götürmüş şəxslərin ödədiyi beh geri qaytarılır. Bu halda ödənilmiş iştirak haqqı hərracın keçirilməsinə ən geci 3 gün qalmış ərizələrini geri götürən şəxslərə qaytarılır.

Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 5 gün qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər :
Hərracda iştirak etmək istəyən şəxsin və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiq edilmiş) ərizə və ərizəyə aşağıdakı sənədlər əlavə edilir;
göstərilmiş bank hesabına behin və iştirak haqqının köçürüldüyünü təsdiq edən sənəd;
fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti.

dd

Son xəbərlər
Digər xəbərlər