2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda bankda kadr dəyişikliyi oldu

“Azər-Türk Bank” ASC-nin rəhbərliyində baş verən dəyişiklik nəticəsində Afiq Xudayev bankın İdarə Heyətinin üzvü təyin edilib.

Bankdan verilən məlumata əsasən, müvafiq qərar “Azər-Türk Bank”ın İdarə Heyətinin sədr müavini Fərhad Adıgözəlov müvəqqəti İdarə Heyəti sədr vəzifəsinə təyin edildikdən sonra qəbul edilib.

A.Xudayev bankın baş direktorlarından biridir.

Beləliklə, bankın idarə heyəti bu tərkibdədir: İdarə Heyəti sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Fərhad Adıgözəlov, İdarə Heyəti sədr müavini Rumiyə Məmmədova, İdarə Heyəti üzvü Afiq Xudayev.

Trend

Son xəbərlər
Digər xəbərlər