7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda bankın əməkdaşlarına cinayət işi açıldı

“Bank Respublika” ASC-nin İmişli filialının kredit mütəxəssisi işləmiş Pərviz Hacıyev, bankın əməkdaşları Pərvin Həşimov, Nicat Cəfərov və Məmməd Abbasovun barəsində cinayət işi açılıb.

Trend-in əldə etdiyi məlumata görə, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda Baş İdarədə iş üzrə istintaq tədbirləri davam etdirilir.

İttihama əsasən, filialının vəzifəli şəxsləri 2014-2015-ci illərdə Azərbaycan Mərkəzi Bankının “Banklarda kredit verilməsi” qaydalarının tələblərini kobud şəkildə pozublar.

Son xəbərlər
Digər xəbərlər