20 C
Baku
Thursday, May 2, 2024

Azərbaycanda bankın 98.4%-lik səhm payı olan şirkətin kapitalı artırılıb

“Azersun Holding” MMC-yə yaxın olan və bank səhmdarı olan “Anadolu Investment Kompani” MMC-nin nizamnamə kapitalı artırılıb.

Banker.az xəbər verir ki, “Anadolu Investment” MMC-nin nizamnamə kapitalı  542 130 manat və ya 2.1% artımla 25 937 494 manata çatdırıb.

Qeyd edək ki, “Anadolu İnvestment Kompani” MMC-nin nizamnamə kapitalı 2022-ci ilin son rübü 3 400 000 manat, yaxud 15% artırılmaqla 25 395 364 manata qaldırılmışdı.

“Azersun Holding”ə yaxın olan bu şirkət ASB Bankın əsas səhmdarıdır. Bankın 60 milyon manatlıq səhm kapitalının 98.43%-i “Anadolu İnvestment Kompani”yə məxsusdur.

Şirkətin rəhbəri Abdulbari Gozalın qızı Leyla Kurtdur. Şirkət 2003-cü ildə yaradılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər