7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda banklar ABŞ dollarının nağd satış məzənnəsini 1.7 manata endirdilər – SİYAHI

Azərbaycanda bir sıra banklar ABŞ dollarının nağd satışına marja fərqi olmadan satışa çıxarmağa başlayıb. Bu isə dollara olan tələbin düşməsi ilə əlaqəlidir.

Banker.az-ın əldə etdiyi məlumata görə, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Yelo Bank” ASC, “Premium Bank” ASC və “Unibank” ASC hazırda nağd şəkildə 1 ABŞ dollarını 1.7000 manat ilə satırlar. Bu da Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən edilən 1.7000 rəsmi məzənnəsi ilə eynidir.

“Naxçıvanbank” ASC isə hazırda 1 ABŞ dollarını 1.7005 manata satır.

Buna qədər qeyd edilən banklar məzənnəni minimum 1 dolları 1.7010 manata satırdılar.

Azərbaycanda ABŞ dollarına tələb ötən ildən düşməyə başlayıb. Belə ki, keçirlən valyuta hərraclarında təklif tələbi üstələyir. Bu səbəbdən də Azərbaycan Mərkəzi Bankı bazara alışyönlü müdaxilə edir.

1 noyabr tarixində faiz qərarına dair son iclasda bildirib ki, profisitli xarici ticarət balansı şəraitində (9 ayda 13.9 mlrd. ABŞ dolları) ilin əvvəlindən bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 99%-də təklif tələbi üstələyib. Bu səbəbdən 10 ayda Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi 1 milyard 247.9 mln. ABŞ dolları təşkil etməklə alışyönlü olub.

Beləliklə, Mərkəzi Bankın valyuta ehtiyatları 10 ayda 16.8% və ya 1.5 mlrd. ABŞ dolları artaraq 10.5 mlrd. ABŞ dollarına çatmışdır.

Hazırda 6 bank isə ABŞ dollarının qiymətini aşağı endirməklə 1.7010 manata, 3 bank 1.7020 manata və 3 bank isə 1.7025 manatla satırlar.

ABŞ dollarını ən baha alışını həyata keçirən isə “Azər Türk Bank” ASC-dir. Bank 1 ABŞ dollarını nağd şəkildə 1.6985 manat ilə alır.

2343

Son xəbərlər
Digər xəbərlər