10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda banklar bankomat şəbəkələrini genişləndirir – 16 yeni bankomat quraşdırılıb

2020-ci ilin iyul ayında Azərbaycanda banklar tərəfindən 2 585 bankomat quraşdırılıb. Ötən ilin müvafiq dövründə isə quraşdırılan bankomatların sayı 2 582 olub.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Cari ilin iyun ayında isə cəmi bankomatların sayı 2 569 olub. Belə ki, aylıq müqayisədə 16 yeni bankomat quraşdırılıb.

Bakıda iyulda bankomatların sayı 1 348, regionlarda isə 1 237 olub. İllik müqayisədə Bakıda bankomatların sayı 2,2% azalıb, regionlarda olan bankomatların sayı isə 2,7% artıb.

Qeyd edək ki, əvvəlki aylarda bankomatların sayında azalma lisenziyası geri çağırılmış banklarla əlaqədardır.

Son xəbərlər
Digər xəbərlər