9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda banklar kredit verilməsinin bərpasına başlayıb – SİYAHI

Hazırda Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının təxminən yarısı kredit verir. Artıq banklar məhdudiyyətlə olsa da manatla kreditləşmənin bərpasına başlayıblar.

Hazırda “Rabitəbank”, “Accessbank”, AFB Bank”, “Kapitalbank”, “Azər-Türk Bank”, Atabank”, “Bank of Baku”, Bank Respublika”, “Paşabank”, “Unibank”, “Bank Avrasiya”, “Dəmirbank”, “Parabank”, Azərbaycan Beynəlxalq Bankı, Bank Nikoil”, Bank BTB”, “Caspian Development Bank”manatla kredit verilişini həyata keçirir.

Qeyd edək ki, “Rabitəbank” və “Parabank” lombard və depozit təminatı əsasında həm manatla, həm də dollarla kreditləşməni davam etrdirir.

“Azərbaycan Sənaye Bankı” və “Yapı Kredi Bank Azerbaijan” isə nağd pul krediti verməsə də, müştərilərə kredit kartı təklif edirlər. “Ziraat Bank Azerbaijan” isə hazırda ancaq biznes kreditləri verməklə məşğuldur.

“Xalqbank”da isə hazırda yalnız Sahibkarlığa Kömək Milli Fondunun və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondununxətti ilə verilən kreditlər aktivdir.

Qeyd edək ki, dollarla kreditlər əsasən biznes kreditləri və gəliri dollarla olan müştərilər üçün nəzərdə tutulub. “Bank Avrasiya” və “Bank Nikoil” dollar kreditlərini yalnız gəliri dollarla olanlara təklif edir.

“Report” hazırda bankların kredit təklifləri üzrə göstəricini təqdim edir:

Banklar Manatla Dollarla
1 Rabitəbank + +
2 NBC Bank
3 Expressbank
4 Kredobank
5 Accessbank +
6 AFB Bank +
7 Kapitalbank +
8 Günaybank
9 Azər-Türk Bank + +
10 Zaminbank
11 ASB bank
12 Atabank +
13 Bank of Baku +
14 Bank Respublika +
15 Paşabank +
16 Turanbank
17 Unibank +
18 Silk Way Bank
19 Bank Avrasiya + +
20 Dəmirbank +
21 Parabank + +
22 Azərbaycan Beynəlxalq Bankı + +
23 Bank Nikoil + +
24 Muğanbank
25 Xalqbank
26 Amrahbank
27 Dekabank
28 BTB + +
29 Caspian Development Bank +
30 AGBank
31 Bank VTBAzərbaycan
32 Yapı Kredi Bank Azərbaycan
33 Bank Standard*
34 Ziraat Bank Azərbaycan**

+Kredit verilir

-Kredit verilmir

*Banka müvəqəti inzibatçı təyin olunub. Hazırda yalnız xırda əmanətlərin qaytarılması həyata keçirilir, digər bank əməliyyatları aktiv deyil.

**Ancaq biznes kreditləri aktivdir

Report

Son xəbərlər
Digər xəbərlər