13 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda banklar tərəfindən nağd dollar satışı kəskin azalıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı nağd xarici valyuta ilə mübadilə əməliyyatları barəsində statistikasını açıqlayıb.

Banker.az bu barədə AMB-yə istinad edir.

Statistikaya görə, 2019-cu ilin aprel ayında banklar tərəfindən nağd 163 milyon 948 min dollar alınıb, 164 milyon 159 min dollar satılıb. Ötən ilin aprel ayında isə banklar tərəfindən 133 milyon 928 min dollar alınıb,  545 milyon 659 min dollar isə satılıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin aprel ayında dolların alışı 22,4% artıb, satışı isə 70% azalıb. 

Aprel  ayında banklar tərəfindən 15 milyon 770 min avro alınıb, 55 milyon 456 min avro satılıb. Ötən ilin analoji dövrüylə müqayisədə bu il banklar tərəfindən alınan avronun sayında 21% azalma, satışında isə 12% azalma müşahidə olunur.

Həmçinin banklar tərəfindən 2019-cu ilin aprel ayında 592 min funt sterlinq alınıb və 1,951 min funt sterlinq isə satılıb. Bu da 2018-ci ilin aprel ayı ilə müqayisədə bu il funt sterlinqin alınmasında 53% azalma , satışında isə 22% azalma deməkdir.

 
Son xəbərlər
Digər xəbərlər