15 C
Baku
Tuesday, April 23, 2024

Azərbaycanda banklardan kənarda nağd pul kütləsi 22% artıb

Bu ilin noyabrın 1-nə Azərbaycanda banklardan kənarda nağd pul kütləsi (M0 aqreqatı) 8 693,8 mln. manat təşkil edib.

 Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verilən məlumata görə, bu, oktyabrın 1-i ilə müqayisədə 115,1 mln. manat və ya 1,3% çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə isə M0 aqreqatında 1 571,1 mln. manat və yaxud 22% artım qeydə alınıb.

Qeyd edək ki, ölkədə nağd pul kütləsinin maksimal həddi 2014-cü il iyul ayında qeydə alınıb və 10 508,9 mln. manat təşkil edib.

                                                                                                                         APA

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər