Məlum olduğu kimi, tez-tez istifadə edilən bank xidmətlərindən biri də pul köçürmələridir. Pul köçürməsi əsasən iki yolla həyata keçirilir: Təcili pulköçürmə sistemləri və hesabdan hesaba köçürmə vasitəsilə.
Pul köçürməsi – bank hesabi açılmadan nağd pulun fiziki şəxs tərəfindən banka təhvil verilməsi yolu ilə həyata keçirilən ödənişdir.
Azərbaycanda banklar tərəfindən təklif edilən beynəlxalq pul köçürmələri sistemləri – Western Union, Contact, Zolotaya Korona , UPT, Privat Money, Monex.
Ölkə ərazisində ən çox istifadə olunan Pul Köçürmə sistemi “Western Union”dur. 200-dən çox ölkəyə pul göndərmək mümkün olduğu üçün bu sistemlər daha çox istifadə olunur.
Western Union – beynəlxalq pul köçürmələri sistemində ən qocaman pul köçürmə sistemidir. Western Union koorporasiyası 1871-ci ildən etibarən təcili pul köçürmələri ilə məşğuldur. Hazırda dünyanın 200-dən çox ölkəsində təxminən 370 000 Western Union məntəqəsi fəaliyyət göstərir.
Banker.az Azərbaycan banklarında istifadə olunan pul köçürmə sistemlərini sizə təqdim edir: