2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda bankların reyestri açıqlanıb

Azərbaycanda bankların reyestri açıqlanıb. 

Bununla bağlı Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb. 

Məlumatda bildirilib ki, Mərkəzi Bankın İdarə Heyətinin 12 may 2020-ci il tarixli qərarı ilə “AG Bank” ASC və “NBC Bank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar olaraq, 30 iyul 2007-ci il tarixdə 13 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “AG Bank” ASC və 10 sentyabr 200-ci il tarixdə 34 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “NBC Bank” ASC 15 may 2020-ci il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq, Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banklara verilmiş şəhadətnamə ləğv edilib.

Fond “Əmanətlərin Sığortalanması haqqında” 29 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 15 may 2020-cı il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:

Sıra sayıReyestr nömrəsiReyestrə daxil olma tarixiBankın adı
1130/07/07ASC “Xalq” Bankı
2330/07/07“Azərbaycan Beynəlxalq Bankı”ASC
3430/07/07“ACCESSBANK” QSC
4630/07/07Bank Melli İran Bakı filialı
5730/07/07“Azər Türk Bank” ASC
6930/07/07“Bank of Baku” ASC
71030/07/07“Bank Respublika” ASC
81130/07/07“Kapital Bank” ASC
91430/07/07“Muğanbank” ASC
101530/07/07“Yelo Bank” ASC
111630/07/07Pakistan Milli Bankının Bakı filialı
121730/07/07“Rabitəbank” ASC
132030/07/07“TuranBank” ASC
142130/07/07“UNİBANK” Kommersiya Bankı” ASC
152230/07/07“Yapı Kredi Bank Azərbaycan” QSC
162807/08/07“Expressbank”ASC
173110/09/07“Azərbaycan Sənaye Bankı” ASC
183525/10/07“Günay Bank” ASC
193604/12/07“Bank Avrasiya” ASC
203704/12/07“PAŞA Bank” ASC
213829/08/08“Naxçıvanbank” ASC
223916/01/09“AFB BANK” ASC
234026/02/09ASC “Bank VTB (Azərbaycan)” 
244228/04/09“PREMİUM BANK” ASC
254315/04/10“Bank BTB” ASC
264515/05/15“Ziraat Bank Azərbaycan” ASC
Son xəbərlər
Digər xəbərlər