10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda banklarla müştəri arasında qiymətləndirmə ilə bağlı mübahisələr aradan qaldırılacaq

“Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi konseptual olaraq sektorda yeni yanaşmanın tətbiqinə imkan verəcək.

Bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, uzun müddət qiymətləndirmə ilə bağlı meyarların tam olaraq formalaşmaması bu sektorda bir sıra çatışmazlıq və mübahisələrə gətirib çıxarırdı:

“Qanun layhəsi bu problemlərin həllinə dəstək olacaq. Bir sıra sektorlarda, xüsusən banklarla müştəri arasında girovun, əmlakın qiymətləndirilməsi ilə bağlı mübahisələr olurdu. Banklar özünə yaxın qiymətləndirici qurumlar yaradırdı və əmlakı dəyərindən aşağı qiymətləndirirdi. Qanun layihəsi bu tip və digər problemləri aradan qaldıracaq və konkret yeni meyarların tətbiqinə imkan verəcək”.

V. Bayramov əlavə edib ki, qiymətləndirmə ilə bağlı obyektin daha dəqiq müəyyənləşdirilməsi məsələsi də layihədə əksini tapmalıdır: “O cümlədən rəqabətin qiymətləndirilməsi kimi məsələlərin də qanun layihəsinə əlavə edilməsinə ehtiyac var”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər