“Start Interactive Agency” tərtibatçılar komandası Azərbaycanda praktiki olaraq bütün bankomatların yerini müəyyən etməyə imkan verən əlavə təqdim edib. Bu barədə şirkətin məlumatında deyilir.
Hazırda iPhone və iPad istifadəçiləri Bankomatic əlavəsindən istifadə edə bilərlər. Tərtibatçılar bəyan edirlər ki, əlavənin təkmilləşdirilməsi üzərində iş davam edir, fəaliyyət göstərən bankomatların sayı artır. Yaxın vaxtlarda əlavəyə PayPoint (Milli Ön) ödəniş terminallarının xəritəsi daxil ediləcək.
Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 1 oktyabr 2014-cü il tarixinə ölkədə quraşdırılan bankomatların sayı 2,543 min ədəd təşkil edir. Bakıda 1 440, regionlarda 1 103 ədəd bankomat quraşdırılıb.
interfax.az