15 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycanda benzin istehsalı 19%-dən çox artıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 544,8 mln. manat təşkil edib.

Bu məbləğ əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,8% azdır.

Hesabat dövründə neft məhsullarından avtomobil benzini istehsalı 947,6 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövründən 6,1% azdır. Bu il noyabrın 1-nə ölkədə 14,3 min ton hazır məhsul ehtiyatı olub.

Bu ilin 10 ayı ərzində 203,3 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 1,714 mln. ton dizel yanacağı, 98,9 min ton yanacaq mazutu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı illik müqayisədə 19,4%, dizel yanacağı istehsalı 6,1% yanacaq mazutu istehsalı 33,8% çoxdur.

Hesabat dövründə ölkədə 490,8 min ton ağ neft, 18,9 min ton sürtkü yağları, 205,4 min ton neft bitumu, 198,3 min ton neft koksu istehsal edilib.

Ağ neftin istehsalında ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2%, sürtkü yağlarının istehsalında 83%, neft bitumunun istehsalında 16,9%, neft koksunun istehsalında 3,6% azalma qeydə alınıb.

©Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər