7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda beşdən çox uşağı olan qadınların sayı açıqlanıb

Azərbaycanda beşdən çox uşağı olan və sosial müavinət alan qadınların sayı açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər agentliyinin sorğusuna cavab olaraq bildirilib ki, ölkədə beşdən çox uşağı olub sosial müavinət alan qadınların sayı 2 500 nəfərə yaxındır, onların uşaqlarının sayı isə 10 mindir.

Qeyd edək ki, Prezident İlham Əliyevin bugünkü Fərmanı ilə beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 55 manatdan 70 manata qaldırılıb. Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Son xəbərlər
Digər xəbərlər