2023-cü ilin oktyabr ayında Azərbaycanda bir bankomata düşən əməliyyatların orta aylıq həcmi 1 milyon 95.3 min manat təşkil edib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% artıb.
Qeyd edək ki, cari ilin oktyabr ayında bir bankomata düşən əməliyyatın sayı 4933, bir əməliyyatın orta aylıq həcmi isə 222 manat təşkil edib.
2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bir bankomata düşən əməliyyatların sayı 29% artıb, bir əməliyyatın orta aylıq həcmi isə 7% azalıb.